Onlayn ictimai-siyasi qəzet
“Sizin İrəvanda baş verən aksiyalarla bağlı rus dilində oxuduğunuz məlumatların 90 faizi reallığı əks etdirmir. Çoxları Rusiya və Köçəryanın media qurumları tərəfindən tirajlananlardır. O kadrlarda görünənlər daşnaklardır. Hazırda Ermənistanda mitinq yoxdur, küçəni bağlayan isə hansısa 5-6 nəfər xuliqandır”.
Musavat.com xəbər verir ki, bu fikirləri “TV Müsavat”ın canlı yayımında tanınmış bloger Roman Baqdasaryan çıxışı zamanı deyib.
O bildirib ki, İrəvanda keçirilən ilk mitinq zamanı 20-30 min adam iştirak edib:
“Növbəti mitinqdə daha az insan toplaşdı. Dünənki aksiya ilə bağlı isə dəqiq statistika deyə bilərəm, burada 9060 insan var idi, maksimum isə 13 min insan olardı. Nəzərə almaq lazımdır ki, orada daşnakların sayı az deyil, Tiflisdən gələn daşnaklar mitinqdə iştirak etdi. Bu aksiyada eyni zamanda Robert Koçəryanın adamları iştirak etdi, Qarabağdan çıxmış erməniləri də hesablasaq, 10 min edər. Yəni olduqca az sayda adam olub. Diqqət edin, İrəvanda 1 milyondan çox insan yaşayır. Ümumilikdə isə ölkəmizin 3 milyon 300 mindən çox əhalisi var. Yəni bu qədər insanın nisbətində aksiyaya çıxanlar çox azdır. Hətta mən, Roman Baqdasaryan belə təkbaşına 5 min adamı ora çıxara bilərdim. Amma bunlar hamısı altı ildir ki, xarici işlər nazirinə qarşı birləşib, belə biabırçı nəticə əldə ediblər”.
@@TVmusavat/85499@@
Qeyd edək ki, erməni bloger Roman Baqdasaryan tanınmış ekspert, REAL funksioneri Natiq Cəfərli ilə birgə aparıcı Sevinc Telmanqızının layihəsində debat aparıblar.
Həmin debatı təqdim edirik.
Afaq,
Musavat.com
27 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ