Onlayn ictimai-siyasi qəzet
Türkiyədə bələdiyyə seçkiləri üçün geri sayım davam edərkən, hər kəs hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə kimin namizədliyini irəli sürəcəyi ilə maraqlanır.
Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, sorğularda İstanbul millət vəkili Murat Kurum, Fatih bələdiyyə başçısı Mehmet Ergün Turan, partiyanın sədr müavini və təşkilat rəhbəri Erkan Kandemir və Esenler bələdiyyə başçısı Tevfik Göksunun adları çəkilir.
Nəşrin əldə etdiyi məlumata görə, bu adlar prezident Ərdoğana təqdim edilib.
Qeyd edilib ki, Türkiyə prezidenti bununla bağlı son qərarını verəcək və ayın sonuna kimi namizədi açıqlayacaq.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ