Onlayn ictimai-siyasi qəzet
"Səs Azərbaycan" yarışmasından tanınan müğənni Aila Rai avtomobil qəzasına düşüb.
Bu barədə aparıcı Elgiz Əkbər "Elgizlə izlə" verilişində bildirib. O, ifaçının Quba rayonunda avtomobil qəzasına düşdüyünü qeyd edib:
"Vəziyyəti kritikdir, beli qırılıb. Hazırda reanimasiyadadır, həyatla mübarizə aparır. Ailənin tək uşağıdır. Allah şəfa versin"./Axşam.az
***
Gənc müğənni Aila Rai qəzaya düşüb. Şahdağdan qayıdarkən qəza keçirən müğənni bu gün “Baku City Hospital”a köçürülüb.
Müğənninin prodüseri Aytən Əliyeva Musavat.com-a açıqlamasında bildirib ki, Aila Rainin hazırda vəziyyəti yaxşıdır:
“Bu gün Aila xanım əməliyyat olundu. Əməliyyat yaxşı keçdi. Hazırda durumu stabildir. Hər şey yaxşıdır. Deyildiyi kimi vəziyyəti kritik, ağır deyil”.
Qeyd edək ki, müğənninin ağır qəzaya düşməsi barədə ilk məlumatı Primetime.az yayıb.
Könül İbrahim
Musavat.com
31 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ