İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ və beynəlxalq banklar Ukraynadan taxıl ixracı üçün bir milyard avro ayırır

Avropa İttifaqı və beynəlxalq banklar Ukraynadan taxıl ixracı üçün bir milyard avro ayırır.

"Report" xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen tviterdə bildirib.

Lyayen qeyd edib ki, Dünya Bankı, Avropa İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankının qoşulduğu bu maliyyə tranşının 250 milyon avrosu Avropa İttifaqı tərəfindən ayırılacaq.

O, vurğulayıb ki, bu pullar, xüsusən də məhsul daşıyan yük maşınlarının gözləmə müddətini azaltmaq üçün Moldova ilə sərhəddə yolların təmirinə və sərhəd-keçid məntəqələrinin inkişafına yönəldiləcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR