İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ Semyon Peqova qarşı sanksiyalar tətbiq etməyi təklif edir

Avropa İttifaqı (Aİ) Rusiyadan olan 12 şəxsə və üç Rusiya KİV-nə Ukraynadakı müharibə ilə bağlı dezinformasiya yaydıqlarına görə sanksiya tətbiq etməyi təklif edir.

“Report” “EUobserver”ə istinadən xəbər verir ki, Xarici və Müdafiə Siyasəti Şurasının Rəyasət Heyətinin fəxri sədri Sergey Karaqanov və “WarGonzo” layihəsinin hərbi müxbiri Semyon Peqov sanksiyalar siyahısına daxil edilə bilər.

Bundan əlavə, “Euobserver”in məlumatına görə, Aİ öz ərazisində “Oriental Review” portalını, həmçinin “RT Balkan” və “Tsargrad” telekanallarını yasaqlamaq niyyətindədir.

Qeyd olunub ki, Avropa Komissiyası (AK) Rusiyanın Xaricdə Yaşayan Həmvətənlərə Dəstək və Hüquqlarını Müdafiə Fonduna da sanksiyalar tətbiq etməyi təklif edir. Qara siyahıda Krasnoyarsk diyarının qubernatoru Aleksandr Ussun oğlu Artyomun da ola biləcəyi bildirilib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR