İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ Rusiyaya qarşı 7-ci sanksiyalar paketi üzərində işləməyə hazırdır

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 7-ci sanksiyalar paketi üzərində işləməyə hazırdır.

Bu barədə Ukraynanın xarici işlər naziri Dmitro Kuleba bildirib.

"Mən bu gün altıncı paketin qəbul edildiyi anda yeddinci sanksiyalar paketi üzərində işə başlamağa hazır olduqlarını bildirən bütün Aİ-yə üzv dövlətləri yüksək qiymətləndirirəm. Bu, ruhlandırıcıdır. Ukraynaya dəstək siqnalı aydın idi", - Kuleba deyib.

O, qeyd edib ki, Rusiya əleyhinə sanksiyaların yeddinci paketi üzərində iş dərhal 6-cı sanksiyaların qəbulu ilə başlayacaq.

Xarici İşlər Nazirliyinin rəhbəri Rusiya Federasiyasına qarşı yeni məhdudiyyətləri elan edib, baxmayaraq ki, 6-cı sanksiyalar paketi hələ qəbul olunmayıb. Onun sözlərinə görə, bu fakt Ukraynanın Avropa İttifaqı tərəfindən davamlı dəstəyinə dəlalət edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR