Onlayn ictimai-siyasi qəzet
Yanvarın 27-də Avropa İttifaqının 27 ölkəsinin xarici işlər nazirləri Rusiyaya qarşı 16-cı sanksiyalar paketini və onun dondurulmuş aktivlərinin Ukrayna üçün istifadəsini müzakirə etməyə başlayacaqlar.
Musavat.com xəbər verir ki, məlumatı Aİ-nin yüksək rütbəli rəsmisi Brüsseldə jurnalistlərə açıqlayıb.
Jurnalistlərin Macarıstan hazırkı tədbirlərin uzadılmasının əleyhinə olarsa, Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketi üzərində necə razılığa gəlmək niyyətində olduğu sualına diplomat deyib ki, Aİ Budapeştlə danışıqlardan “müsbət nəticə” gözləyir: “Bu məsələ Aİ-nin müxtəlif komitələrində müzakirə olunur və biz müsbət nəticə gözləyirik”.
Aİ-nin yüksək rütbəli rəsmisi vurğulayıb ki, Brüssel Rusiyaya qarşı hazırkı sanksiyaların müddətini uzatmaqla bağlı yanvarın 31-nə qədər qərar qəbul etmək və Moskvanın Ukraynada xüsusi hərbi əməliyyatına başlamasının üçüncü ildönümü olan fevralın 24-dək 16-cı sanksiyalar paketini təsdiqləmək niyyətindədir.
Rusiyanın dondurulmuş aktivlərindən istifadə məsələsindən danışan diplomatın sözlərinə görə, “gec-tez qərar olacaq”.
Musavat.com
25 Yanvar 2025
24 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ