İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ ölkələrinin çoxu Rusiya neftinin qiymətinin 65-70 dollar olması ilə razıdır

Avropa İttifaqı ölkələrinin əksəriyyəti Rusiya neftinin qiymətinin bir barel üçün 65-70 dollar səviyyəsində məhdudlaşdırılması ilə razıdır. Polşa isə qiymət tavanının 30 dollar səviyyəsində olmasını istəyir.

“Politico” qəzeti bu barədə Avropa İttifaqının rəsmi nümayəndələrinə istinadla məlumat yayıb.

Məlumata görə, ittifaq ölkələrinin səfirləri bütün gün ərzində qiymət məhdudiyyətini müzakirə etsələr də, razılığa gələ bilməyiblər. Polşa neft məsələsini Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə əlaqələndirməyə çalışır. Varşavanın mövqeyi qiymət tavanı və növbəti məhdudiyyətlər paketi ilə bağlı qərarın qəbulunu gecikdirir.

Qeyd edək ki, bir müddət öncə RF Prezidenti Vladimir Putin “Rusiya Enerji Həftəsi” forumunda çıxışı zamanı enerji resurslarının qiymətlərini məhdudlaşdıran ölkələrə tədarükü dayandırmaqla hədələyib (AZƏRTAC).

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR