İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ ölkələri RAZILIĞA GƏLDİ: Vacib addım atıldı - 2030-cu ilə qədər...

Avropa İttifaqı Şurası (Aİ) və Avropa Parlamenti (AP) yekun enerji istehlakının azaldılması ilə bağlı danışıqlarda müvəqqəti razılığa gəliblər. Razılaşmaya əsasən, Aİ ölkələri 2030-cu ilə qədər yekun enerji istehlakını 11,7% azaldacaq.

Musavat.com xəbər verir ki, Avropa İttifaqı Şurası (Aİ) və Avropa Parlamenti (AP), həmçinin 2024-cü ildən 2030-cu ilə qədər yekun enerji istehlakı üçün illik enerjiyə qənaət hədəfini mərhələli şəkildə artırmaq qərarına gəlib.

Üzv ölkələr bu prosesdə yekun enerji istehlakında hər il orta hesabla 1,49 faiz qənaət edəcəklər. Sözügedən illik qənaət dərəcəsi 31 dekabr 2030-cu ildə yüzdə 1,9-a çatacaq.

Yeni qərar çərçivəsində ictimai nəqliyyat və silahlı qüvvələr istisna olmaqla, bütün dövlət qurumları enerji istehlakı ilə bağlı öhdəliklərini yerinə yetirəcək. Buna görə, dövlət qurumlarına aid binaların hər il ümumi sahəsinin ən azı 3 faizini yeniləmək lazımdır.

Bu gün əldə olunan müvəqqəti razılaşma əvvəlcə Şuradakı Daimi Nümayəndələr Komitəsinə və AP Sənaye, Tədqiqat və Enerji Komitəsinə təqdim ediləcək. Müqavilə parlament və Şura tərəfindən rəsmi olaraq qəbul edildikdən sonra qüvvəyə minəcək.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR