İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ-nin Prezidenti: “İran Yaxın Şərqdəki davranışını düzəltməlidir”

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel “Əl-Ərəbiyyə” kanalına müsahibəsində İranın İsrailə qarşı təhdidlərinə toxunaraq vurğulayıb ki, İran Yaxın Şərq bölgəsində davranışını düzəltməlidir.

Şarl Mişel bildirib ki, Avropa ilə İran arasında münasibətlərin səviyyəsi çox zəifləyib və Yaxın Şərqdəki proksi qüvvələri gərginliyin artmasına təkan verməməlidirlər.

“İran Yaxın Şərqdəki sabitliyi poza biləcək hərəkətlərdən çəkinməlidir. Bu, İran kimi bir ölkəni yanlış əllərdən istifadə edərək regionda qeyri-sabitliyə təsir edəcək oyunlar oynamamağa təşviq etmək üçün vacibdir”, - deyə Şarl Mişel qeyd edib./ Azad İran

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR