İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ-nin İran üzrə koordinatoru Frankfurt hava limanında saxlanılıb

İranın nüvə sazişi üzrə danışıqların koordinatoru, Avropa İttifaqının (Aİ) xarici siyasət xidmətinin siyasi direktoru Enrike Mora Tehrandan qayıtdıqdan sonra Frankfurt şəhərində polis tərəfindən saxlanılıb. xəbər verir ki, bu barədə diplomatın özü Twitter-də məlumat yayıb.

O, bu hadisəni Vyana Konvensiyasının pozulması adlandırıb.

"Tehrandan Brüsselə qayıdarkən Almaniya polisi məni Frankfurt hava limanında saxladı. Mən İspaniya diplomatik pasportu ilə rəsmi missiyada olan Aİ rəsmisiyəm", - Mora gileylənib.

Aİ nümayəndəsi qeyd edib ki, hüquq-mühafizə orqanları onun pasportunu və telefonlarını əlindən alıblar. Ondan başqa, polis daha iki avropalı diplomatı da saxlayıb. Mora yarım saat sonra onun və iki həmkarının sərbəst buraxıldığını bildirib.

"Onlar bizə hər hansı izahat verməkdən imtina etdilər və bu, Vyana Konvensiyasının pozulması kimi görünür", - diplomat deyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR