Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqı Ukraynadan olan müharibə qaçqınlarına tətbiq olunan müvəqqəti müdafiə rejimini ləğv etməyi nəzərdən keçirir.
Musavat.com xəbər verir ki, bu barədə "Euractiv" nəşri məlumat yayıb.
Məlumata görə, 2022-ci ilin martında Rusiya-Ukrayna müharibəsi fonunda qəbul edilən və 2026-cı ilin martına qədər uzadılmış direktivin yenidən qiymətləndirilməsi gündəmdədir.
Hazırda Aİ ölkələrinin siyasi dairələrində bu müdafiə mexanizminin dayandırılması və ya mərhələli şəkildə çıxış strategiyasının hazırlanması ilə bağlı fəal müzakirələr aparılır. Məsələ ilə bağlı ilkin qərarın 12–13 iyun tarixlərində qəbul olunması gözlənilir.
Musavat.com
30 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ