İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ bu şəxslərin hesablarını dondura bilər

Almaniyanın xarici işlər naziri Annalena Berbok İranda etiraz aksiyalarının amansızca dağıdılmasına cavabdeh olan şəxslərin Avropadakı aktivlərinin dondurulmasına tərəfdar çıxıb.

Musavat.com Oxu.az-a istinadən xəbər verir ki, “Biz Aİ-nin bu qəddar repressiyaya görə məsuliyyət daşıyanlara giriş qadağası qoymasını və onların Aİ-dəki əmlaklarının dondurmasını təmin edəcəyik”, - deyə o, bazar günü bildirib.

Berbok Aİ-nin növbəti sammitində yeni məhdudlaşdırıcı tədbirlərin qəbul ediləcəyini ümid etdiyini deyib.

Xatırladaq ki, İranda etirazlar sentyabrın 17-də 22 yaşlı Məhsa Əmininin dəfnindən sonra başlayıb. Rəsmi versiyaya görə, xanım çadranı düzgün taxmadığına görə onu əxlaq polisi saxlayıb. Dindirilmə zamanı o, infarkt keçirib və bu səbəbdən dünyasını dəyişib. Lakin sosial şəbəkələrdə Əmininin polis tərəfindən döyülməsi ilə bağlı məlumatlar yayılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR