İnsanlara hürriyət, millətlərə istiqlal!

Agentlik hava şəraiti ilə bağlı xəbərdarlıq etdi - Noyabrın 4-ü səhərədək...

Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

Bu barədə Musavat.com-a Dövlət Dəniz və Liman Agentliyinin İctimaiyyətlə əlaqələr xidmətindən məlumat verilib.

Xəbərdarlığa əsasən, noyabrın 3-ü günün ikinci yarısından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb, şimal küləyi noyabrın 4-ü səhərədək davam edəcək.

Həmin günlər ərzində şimal-qərb, şimal küləyinin 18-23 m/s, arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyü: 2.0-3.0 m, sonrakı inkişafda 4.0-6.0 m. çatacağı proqnozlaşdırılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Noyabr 2024

14 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR