İnsanlara hürriyət, millətlərə istiqlal!

Agent elan edilmiş məşhur aktyorun mülk problemi

İsrailə köçən məşhur rusiyalı komediya aktyoru və teleaparıcı Mixail Şats Rusiyadakı evini satmaq istəyib, amma bu, baş tutmayıb.

Musavat.com “Shot” Telegram kanalına istinadla xəbər verir ki, Rusiya Federasiyasının Ədliyyə Nazirliyi tərəfindən xarici agentlərin reyestrinə daxil edilən sənətçi Moskvadakı elit mənzilni hiyləgər sxemdən istifadə edərək satmaq qərarına gəlib.

Söhbət Patriarx gölünün yaxınlığında yerləşən, 180 kvadratmetrlik sahəyə malik beşotaqlı mənzildən gedir. Mənzilin içində qonaq otağı, dörd yataq otağı, üç vanna otağı və təcrid olunmuş mətbəx var. Mənbənin sözlərinə görə, aprel ayında Şats mülkü eyni soyadlı qardaşı Leonidə verib. Tezliklə mənzil 100 milyon rubla satışa çıxarılıb.

Mülkiyyətin likvidliyini artırmaq üçün sahibini dəyişdirmək ona görə vacibdir ki, xarici agentlərin mənzillərinə tələbat azdır, çünki alıcılar belə şəxslərin maliyyələşdirilməsinə görə məsuliyyətə cəlb olunmaqdan qorxurlar.

Eyni səbəbdən Şats bu yaxınlarda Sankt-Peterburqda satılan mənzilin qiymətini aşağı salmalı olub. İlkin olaraq 40 milyon rubl dəyərində əmlak satışa çıxarılsa da, bir il ərzində yeni sahibi tapmaq mümkün olmayıb. Nəticədə mülk 33 milyon rubla satılıb.

Onu da qeyd edək ki, sivil ölkələrdə Rusiyadakı bu cür hadisələr mülkiyyət toxunulmazlığına dair qanunvericiliyə zidd sayılır və ölkəni etibardan salır. Bu da o deməkdir ki, bundan belə heç bir əcnəbi Rusiyada daşınmaz əmlak sahibi olmaq istəməyəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR