Onlayn ictimai-siyasi qəzet
Ağdaşda 22 yaşlı şəxsin atasını bıçaqlamasının təfərrüatı məlum olub. Təqsirləndirilən şəxs anadangəlmə nitq pozğunluğundan və əqli zəiflikdən əziyyət çəkirmiş.
Musavat.com xəbər verir ki, Ağdaş şəhər sakini Aqil Zülfüqar bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub.
İstintaqla müəyyən edilib ki, onu bıçaqlayan doğma oğlu Cavad (ad şərtidir) olub. Hadisə zamanı Cavad atasından xərcləmək üçün pul istəyib. Atası ona 2 manat versə də Cavad məbləğin az olmasına görə etiraz edib. əlavə pul istəsə də atası ona istədiyi məbləği verməyib. Bu zaman mətbəxdən bıçaq götürən Cavad yenidən atasının yanına gəlib və təkrar pul istəyib. Yenə də “yox” cavabı alan Cavad bıçaqla atasına zərbələr vurub.
Hadisəni olduğu kimi danışan Cavad bıçağı hara atdığını xatırlamadığını deyib. Aqil Zülfüqarov qonşuların köməyi ilə xəstəxanaya çatdırılıb.
Zərərçəkmiş Zülfüqarov oğlundan şikayətçi olmadığını deyib. Məhkəmədən xahiş edib ki, oğlunun müalicə etdirməsi üçün ona şərait yaradılsın.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi açılıb.
Məhkəmə araşdırması ilə Cavadın cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilib. Buna görə də cavad cinayət məsuliyyətindən və cəzadan azad edilib.
Onun barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilib.
Musavat.com
02 Avqust 2025
01 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ