İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağdamlılar Ağdamı necə görmək istəyir? - tanınmışların Baş Planla bağlı rəyləri

Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı təsdiqlənib. Ağdam Sənaye Parkı artıq fəaliyyətə başlayıb. Tikinti-quruculuq işlərinə start verilib. Bəs ağdamlılar Ağdamı necə görmək istəyərlər?

Yazıçı-jurnalist İlqar Əlfioğlu qeyd etdi ki, ağdamlıların ən böyük arzusu Qarahacı qəbiristanlığının bərpa olunmasıdır: “Bundan əlavə, hökumətin qoyduğu nümunələr əsasında imkanı olan şəxslərə torpaq ayrılsa, onlar ev tiksələr, həm dövlətə yük düşməz, həm də Ağdam torpağına ağdamlıların ruhu qayıdar. Ağdamı Ağdam edən elə ağdamlılardır. Ağdamın icra nümayəndəliyi ilə daimi əlaqəmiz var. Görüşlərdə də bu və digər məsələlər ilə bağlı müzakirələr olur”.

Şərəfdən danışanlarda adətən şərəf olmur" - İlqar Əlfioğlu - FOTO

İlqar Əlfioğlu 

1984-88-ci illərdə Ağdamda baş memar işləmiş, Ağdamın simvollarından biri sayılan məşhur Çay Evinin müəllifi Naiq Səmədov bildirdi ki, Baş Planla tanış deyil, lakin bəzi binaların yenidən bərpa olunmasını istərdi: “Ağdamda bərpa olunacaq heç nə qalmayıb. Şəhər yerlə-yeksan edilib. Ağdam İcra Hakimiyyətinin binası, Çörək Muzeyi, Mədəniyyət Evinin yenidən tikilməsini çox istərdim. Ağdamlılarla keçirilən görüşlərə dəvət edilməmişəm, özüm də təşəbbüs göstərməmişəm”.

İlqar Rəsul yazır: Fraklı klounların təsiri…

 İlqar Rəsul 

Yazıçı İlqar Rəsul da təəssüflə bildirdi ki, Ağdamda bərpa olunacaq tikili qalmayıb: “Qarabağ xanlarının dəfn olunduğu ”İmarət" məzarlığını viran ediblər. Şükür ki,  Şahbulaq qalası qalıb. Divarları qalan Çörək Muzeyini bərpa etmək olar. İcra hakimiyyətinin binasını müasir formada yenidən tikmək olar. Mən Ağdamın köhnə məhəllələrindən birində yaşamışam. Bakının İçərişəhərinə bənzəyirdi: eyvanlı, arkalı tağlar, binalar, qapılar. Qədim mülklərin bərpa olunmasını istərdim. Şərait yaradılsa, biz öz evimizi bərpa edə bilərik. Şəhərin tam müasir olmasının tərəfdarı deyiləm. Şəhər elə bir vəziyyətdədir ki, yenidən salınmalıdır. Düzdür, hər kəs qane olmayacaq, amma nə etmək olar? Şəhər viranə qalıbsa, yeni nəsil üçün yeni şəhər tikməkdən başqa çarə qalmır". 

Bakupost.az - "Qızım 10 ildir XİN-də çalışır" - Mənsum İbrahimov

 Mənsum İbrahimov

Xalq artisti Mənsum İbrahimov Ağdamın təməlqoyma mərasimində şəxsən iştirak edib və planla tanışdır: “Viran edilmiş tarixi binaların əksəriyyəti açıq havada muzeyin tərkib hissəsi kimi olduğu kimi saxlanacaq ki, gələcək nəsillər unutmasın, əcnəbi turistlər də bu acı tarixi bilsinlər. Ağdam muğam mərkəzi kimi tanınıb. Quzanlıda 2018-ci ildə Muğam Mərkəzi açılmışdı. Cənab Prezident açılışda demişdi ki, Ağdamın mərkəzində daha möhtəşəm Muğam Mərkəzi tikiləcək. Ağdamlıların əsas təkliflərindən biri tarixi Qarahacı qəbiristanlığının bərpa edilməsi ilə bağlıdır. Ümid edirəm nəzərə alınar. Baş Planı çox bəyəndim. Müasir şəhər olacaq. Hər kəs təklifini səsləndirir. İnanıram ki, hər kəsin ürəyincə olacaq Əsas odur ki, Qarabağ azaddır. Əl-ələ verib Qarabağı bərpa edəcəyik. Allah şəhidlərimizə rəhmət eləsin!”

Xatırladaq ki, ötən il mayın 28-də, Respublika günündə  Prezident İlham Əliyev Ağdam şəhərinin bərpasının təməlqoyulması mərasimində iştirak etmiş, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdü. Məhz həmin görüşdə ilk dəfə olaraq şəhər mərkəzinin necə qurulacağı açıqlanmışdı. “Ağ şəhər” layihəsinin icraçı direktoru Ruslan Sadıqov Ağdamın yenidən qurulmasının detalları barədə məlumat verərkən bildirmişdi ki, şəhərin planına rayon icra hakimiyyəti ilə bir yerdə baxılıb.

Bundan başqa, rayonda kənd təsərrüfatı yaratmaq və sahibkarları cəlb etmək üçün torpaqların bir neçə formada bölünməsi nəzərdə tutulur. Birinci variant, torpaqların sahibkarlara verilməsidir. Bunun üçün sahəsi 10-50 hektar arasında olan 200 ədəd müasir fermer təsərrüfatının yaradılması nəzərdə tutulub. İkinci varianta əsasən isə yerdə qalan dövlət torpaqlarında sahəsi 50-100 hektar arasında olan 50 ədəd müasir fermer təsərrüfatı yaradılacaq. Sahəsi 1500, 3000, 4000 hektar olan müasir təsərrüfatların yaradılması da nəzərdə tutulur.

Vaxtilə Ağdam şəhərinin əhalisi 36 min nəfər olub. Prezidentin tapşırığına uyğun olaraq, şəhərin planı 100 min nəfər üçün qurulub. Əhalinin 70%-i çoxmərtəbəli binalarda yaşayacaq. 30%-nin 1750 fərdi evdə yaşaması nəzərdə tutulub. Ağdamın mərkəzi “ağıllı şəhər” sistemi ilə qurulmalıdır. Küçələrin eni 20-60 metr olacaq, 60 metrlik yollarda tramvaylar da hərəkət edəcək. Bütün küçələrdə velosiped yolları olacaq.

Bunlarla yanaşı, taksi və "Karşerinq" (“Carsharing”-avtomobillərin paylaşılması), eləcə də elektrik skuterləri də olacaq. Bunun üçün ayrıca şərait və infrastruktur olacaq ki, insanlar yola çıxmadan velosipeddən təhlükəsiz, rahat istifadə edə bilsinlər.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR