İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağdamın Qarağacı qəbiristanlığı ilə bağlı alternativ hesabat hazırlanacaq

Bu gündən Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım İctimai Birliyi yeni layihəyə başlayr. Bu barədə layihənin rəhbəri Asəf Quliyev məlumat verib.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəklədiyi “Ruhlar şəhərini ruhu” layihəsi sentyabrın 1-dən noyabrın 30-dək həyata keçiriləcək.
Layihə barədə danışan Asəf Quliyev qeyd edib ki, işğal altında olan zaman Ağdamda ağdamlılar və bütünlükdə Azərbaycan üçün bir çox mənəvi əhəmiyyət daşıyan məkanlar yerlə yeksan edilib: “Layihənin əsas vəzifəsi belə məkanlardan biri olan Qarağacı qəbiristanlığı ilə bağlı alternativ hesabat hazırlamaqdır. Məqsəd bu hesabatı Azərbaycanda fəaliyyət göstərən diplomatik missiyalara, beynəlxalq təşkilatlara çatdırmaqla işğal dövründə baş vermiş vandalizm aktlarının təkcə maddi yox, daha çox mənəvi zərərini beynəlxalq ictimaiyyətə çatdırmaqdır.

“Haqqında alternativ hesabat hazırlanacaq Ağdamın Qarağacı qəbiristanlığının min illik tarixi var” deyən layihə rəhbəri təəssüf hissi ilə vurğulayır ki, bu məkana yalnız bir dəfə, 1927-ci ildə elmi ekspedisiya təşkil olunub.

“Qarağacı qəbiristanlığında heç vaxt nə arxeoloji qazıntı, nə də başqa bir tədqiqat aparılmayıb. Əlbəttə ki, bizim məqsədimiz arxeoloji qazıntı aparmaq deyil. Nə də elmi araşdırma aparmayacağıq. Biz sadəcə bu məkanın insanlar üçün nə qədər mənəvi dəyəri olduğunu və belə bir məkanın işğal dövründə hansı vəziyyətə salındığına diqqət çəkmək istəyirik”.

Asəf Quliyev bildirib ki, Ağdamın yenidən qurulması planında Qarağacı qəbiristanlığının da bərpa olunacağı nəzərdə tutulub: “Bizim layihənin məqsədlərində biri də insanların yaddaşında qalan bəzi nüansları tapıb ortaya çıxarmaqdan ibarətdir. Əminik ki, bərpa işləri görülən zaman insanların yaddaşında qalan bu detallar faydalı olacaq”.

Sonda layihə rəhbəri Ağdamın Qarağacı qəbiristanlığı ilə bağlı hər hansı bir tarixi video, foto materialları olan şəxslərdən bu materialların layihənin icraçılarına təqdim etməyi xahiş etdi.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR