İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağdam, Füzuli və Xocavənd rayonlarında hansı vakansiyalar üzrə şəxslərə ehtiyac var? - RƏSMİ CAVAB

"Köç siyahısı hazırlanan zaman potensial köçə biləcək əhalinin təhlili aparılır və bunun əsasında da müəyyən edilir ki, məşğulluq əsasən hansı istiqamətdə təmin oluna bilər".

Bunu Oxu.Az-a açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Ümid İsazadə bildirib.

O qeyd edib ki, bir çox fəaliyyət sahələri var ki, həmin vakansiyalar üzrə əmək fəaliyyətinə cəlb olunacaq şəxslər asanlıqla tapılmır:

"Köçdən əvvəl, köç siyahısı hazırlanarkən belə potensial köçə biləcək əhalinin təhlilini aparırıq və bunun üzərindən də artıq bizim proqnozumuz olur ki, ərazidə məşğulluq əsasən hansı istiqamətdə təmin oluna bilər. Bu o demək deyil ki, biz istədiyimiz bütün vakansiyalar üzrə əhalidən əmək fəaliyyətinə cəlb olunacaq şəxsləri tapa bilirik. Buraya həm tibb, həm də təhsil sahəsi aiddir. Texniki biliklərə sahib olan mütəxəssislərin axtarışı da davam etdirilir. Köç siyahısına da həmin şəxslər salınır".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR