İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağasən Bədəlzadə VƏFAT ETDİ

Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair, filologiya üzrə fəlsəfə doktoru, dosent Ağasən Bədəlzadə vəfat edib.

Bu barədə şairin oğlu Səbuhi Bədəlov məlumat verib.

O bildirib ki, Ağasən Bədəlzadə bu gün 85 yaşında dünyasını dəyişib.

Xatırladaq ki, artıq bir neçə ildir insult keçirmiş şair öz ata-baba yurdu olan İsmayıllı rayonunun Pirəbilqasım kəndində yaşayırdı.

Pedaqoji fəaliyyətlə yanaşı, gözəl şair kimi tanınan Ağasən Bədəlzadənin bu vaxtadək “Yanmaq ona deyərəm ki...”, “Payızda məhəbbət”, “Hayıf, a dünya səndən”, “Qorxuram bu dünya sevgisiz qala”, “Hələ yaşamağa dəyər dünyada” adlı şeirlər kitabları nəşr olunub.

2017-ci ildə filologiya üzrə fəlsəfə doktoru olan şairin “Yapon ədəbiyyatı tarixi” dərslik kitabı çapdan çıxıb. Bu vaxtadək 11 kitabı dərc olunub.  (Kult.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 May 2025

BÜTÜN XƏBƏRLƏR