Onlayn ictimai-siyasi qəzet
Bu gün Ağ Partiyasının Məşvərət Məclisinin açılış iclası keçirilib. Tədbirdə partiya rəhbərliyi, məclis üzvləri və müxtəlif səviyyələrdən partiya təmsilçiləri iştirak ediblər.
İclasda partiyanın gələcək fəaliyyət istiqamətləri, strateji planları və cari siyasi vəziyyət müzakirə olunub. Müzakirələr nəticəsində Ağ Partiya İH üzvü Ariz Zeynalov Məşvərət Məclisinin sədri seçilib. Ariz Zeynalov iclas iştirakçılarına təşəkkür edərək, partiyanın məqsədlərinə çatmaq üçün bütün üzvlərin fəal əməkdaşlıq etməli olduğunu vurğulayıb.
Bundan əlavə, Məşvərət Məclisinin digər üzvləri də seçilib.
Məşvərət Məclisinin əsas məqsədi, qərarların qəbulunda geniş iştirakçılığa şərait yaratmaq və partiyanın strategiyalarını daha effektiv şəkildə həyata keçirməkdir. Bu iclas partiya üçün yeni və əhəmiyyətli bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
05 Fevral 2025
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ