İnsanlara hürriyət, millətlərə istiqlal!

AĞ Partiya Nensi Pelosinin Azərbaycana qarşı əsassız ittihamları ilə bağlı BƏYANAT YAYDI

"ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri çərçivəsində səsləndirdiyi fikirlər absurd və qərəzli mövqedir. Nensi Pelosinin anti-Azərbaycan mövqeyinin erməni lobbisinin cəfəng iddiaları ilə üst-üstə düşməsi bizim üçün təəccüblü hal olmasa da, ümumiyyətl,ə bu halın bölgədəki vəziyyəti təhrif edən və münaqişənin davam etməsinə xidmət edən açıqlama olduğunu bildiririk. Azərbaycana qarşı irəli sürülən əsassız və ədalətsiz ittihamlar əsla və əsla qəbuledilməzdir".

Musavat.com xəbər verir ki, bu fikirlər AĞ Partiyanın Nensi Pelosi tərəfindən Azərbaycana qarşı irəli sürülən əsassız ittihamlara qarşı bəyanatında yer alıb.

Bəyanatda qeyd olunub ki, Pelosi başda olmaqla onun təmsil olunduğu ABŞ Nümayəndələr Palatasının Ermənistanın Azərbaycan torpaqlarını uzun illər işğalda saxlamaq istəyini görməzdən gəlməsini birmənalı olaraq qarşılamaq doğru deyil:

"Ümumilikdə Azərbaycan tərəfinin atdığı bütün addımlar münaqişənin yəni Ermənistan tərəfinin işğalçı siyasətinin başladığı tarixdən bu yana təxribatların qarşısının alınmağına və öz torpaqlarını işğaldan qorumağa xidmət edib. Azərbaycan tərəfi bu addımları atarkən beynəlxalq hüquq normalarını daima nəzərə alıb, qarşı tərəfin təxribat xarakterli təhriklərinə uymayıb.

Eyni analoji məqam sentyabrın 12-dən 13-nə keçən gecə delimitasiya olunmamış şərti sərhəddə baş verən insident üçün də keçərlidir. Azərbaycan tərəfi sadəcə olaraq öz torpaqlarını qorumağa istiqamətlənən addımlarla cavab vermişdir. Geri qalan bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Başda Ermənistan olmaqla, onları himayə edən bütün qüvvələr yaxşı bilməlidir ki, bu hallar təkrarlandığı müddətdə Azərbaycan Silahlı Qüvvələri onların cavabını artıqlaması ilə verməyə qadirdir.

Ermənipərəst N.Pelosinin bu açıqlamalarının ABŞ-da Konqresə ortamüddətli seçkilər dövrünə hesablandığını yaxşı bilirik, lakin ABŞ-ın daxili siyasi gündəliyində olan siyasi intriqalar və lobbi maraqlarının regionumuza daşınmasının qəbuledilməz olduğunu qətiyyətlə bəyan edirik. Bildirmək istəyirik ki, N.Pelosi ədalət naminə göz yaşı axıtmaq istəyirsə, biz ona və komandasına istər Cənubi Qafqaz regionunda istərsə də dünyada həqiqətləri əks etdirən bir xeyli tarix və məkanın ünvanını göstərə bilərik. Hansı ki, belə tarixi hadisələrin ortaya çıxmasında dəstəklədiyi Ermənistanın birbaşa iştirakı olub.

AĞ Partiya olaraq tutduğu mövqedən asılı olmayaraq Azərbaycan və qardaş Türkiyə haqqında səslənən fikirləri qətiyyətlə rədd edir, Azərbaycanın haqlı mövqeyini, Azərbaycan Ordusunun addımlarını sonuna qədər dəstəkləyirik. Son olaraq bildirmək istəyirik ki, regionda dayanıqlı sülhün olmasını arzulayanlar bu kimi qərəzli açıqlamalardan uzaq durmalıdırlar".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR