İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Partiya: "Bu, qəlbində Vətən eşqi daşıyan hər bir kəsin sevinc bayramıdır"

"Ağ Partiya Azərbaycan şanlı ordusunun 44 günlük ikinci Vətən savaşında qalib gəlməsi, torpaqlarımızın azad edilməsi, bayrağımızın qürurla azad edilmiş ellərdə dalğalanması, otuz il azanlara həsrət qalmış məscidlərimizdə yenidən azan səslərinin yüksəlməsi münasibəti ilə xalqımızı təbrik edir".

Musavat.com xəbər verir ki, bu barədə partiyanın mətbuat xidmətinin yaydığı bəyanatda bildirilir. Açıqlamada daha sonra qeyd olunur:

"Bu şanlı qələbə Dövlətimizin dövlətçilik və milli maraqlar şüurunu hər bir şeydən üstün tutan, millətimizin maraqları naminə öz siyasi fərqliliklərini kənara qoya bilən, canı və malı ilə bu möhtəşəm zəfər üçün çalışmış hər bir Azərbaycan vətəndaşının, Azərbaycan vətəndaşı olmasa da belə qəlbində Vətən eşqi daşıyan hər bir kəsin izzət və sevinc bayramıdır. Bu günün qeyd edilməsində təməli isə şəhidlərimizin və qazilərimizin çiyinlərinə düşdü. Onların fədakarlıqları, qorxmazlıqları, israrları dünya hərb tarixində nümunəyə çevrildi. Ona görə də, Ağ Partiya şəhidlərimizə Allahdan rəhmət, onların ailələrini səbir, əzizlərinə gələcəkdə firavanlıq arzu edir. Qazilərimizə, Vətən müharibəsində bədənin parçaları üzərində Vətəni bütövləşdirənlərə can sağlığı, uzun xeyirli ömür arzu edir. Zəfərin ikinci ildönümündə ölkənin Ali Baş Komandanının bir daha yüksək mükafatlarla bu igidləri mükafatlandırılmasını onlar üçün, ailələri üçün Dövlət qayğısının bir ifadəsi hesab edir".

Ağ Partiya ümid etdiyini bildirir ki, Vətən müharibəsinin digər iştirakçıları da gələcəkdə bu mükafatlandırılma və yüksək qiymətdən öz layiqli gözləntilərini alacaqlar.: "Bu da Dövlət və millət birliyini gündəlik siyasi müzakirə və fərqlilikərin üzərinə çıxarılmasında yüksək rol oynayacaqdır. Ağ Partiya Azərbaycanın zəfərində onun yanında olmuş Türkiyə başda olmaqla bütün qardaş, dost və tərəfdaş ölkələrə də öz təşəkkürünü ifadə edir. Ölkəmizdə üçüncü qüvvələrə arxalanaraq hələ də az da olsa yer tutan separat güruhun tezliklə ortadan qaldırılması üçün çalışmanı vacib hesab edir. Vətən müharibəsində olduğu kimi bu məsələdə də Dövlətin və millətin yanında olacağını bəyan edir. Ölkəmizin daha da gücləndirilməsi üçün demokratik həyatın dərinləşdirilməsi, islahatların davam edtirilməsini, milli dialoqun gücləndirilməsini də zəruri hesab edir. Bir daha hamını 44 günlük savaşın zəfərinin ikinci ildönümü ilə bağlı təbrik edir. Zəfərlərin daim olsun Azərbaycan!".

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR