İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Ev USAİD-in xərclər siyahısını açıqladı- ŞOK FAKTLAR

Ağ Ev ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən bəzi layihələrin siyahısını dərc edib. Siyahıda müxtəlif ölkələrdə həyata keçirilən mübahisəli xərclər diqqət çəkib.

Musavat.com xəbər verir ki,  USAID-in maliyyələşdirdiyi layihələr arasında aşağıdakılar var:

 

  • Əfqanıstanda heroin istehsalında istifadə olunan suvarma kanallarının yaradılması və gübrə alınması;
  • "Əl-Qaidə" üzvləri üçün 100 min porsiya yemək təmin edilməsi;
  • Kolumbiyada "transgender opera" layihəsi;
  • Peruda "transgender komikslərin" hazırlanması;
  • İrlandiyada LGBTİ mövzulu müzikalın maliyyələşdirilməsi;
  • Serbiyada "iş yerlərində bərabərliyin və inklüzivliyin təşviqi" üçün 1,5 milyon dollar ayrılması;
  • Vyetnamda elektromobillərin inkişafı üçün 2,5 milyon dollar vəsait xərclənməsi;
  • Qvatemalada cinsiyyət dəyişikliyi və "LGBTİ aktivizmi" üçün 2 milyon dollar maliyyə dəstəyi;
  • Misirdə turizmin inkişafına 6 milyon dollar ayrılması;
  • İnkişaf etməkdə olan ölkələrdə fərdiləşdirilmiş kontraseptivlərə maliyyə dəstəyi.

 

Açıqlanan bu xərclər ABŞ ictimaiyyətində və beynəlxalq mediada geniş müzakirələrə səbəb olub. USAID-dən bu layihələrin məqsəd və effektivliyi ilə bağlı rəsmi açıqlama gözlənilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR