İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Ev Baydenlə bağlı ŞOK FAKTI açıqladı - O, gecələr yatanda...

ABŞ-ın 80 yaşlı prezidenti Co Baydenin yuxu apnesi (yuxuda nəfəs kəsilməsi -red.) səbəbindən gecələr oksigen maskası ilə yatdığı açıqlanıb.

Musavat.com xəbər verir ki, ötən gün mətbuata açıqlama verərkən üzündəki maska ​​izləri ilə diqqət çəkən Baydenin niyə maska ​​taxdığına dair Ağ Evdən açıqlama verilib.

Ağ Evin sözçüsü Endryu Bates bildirib ki, 2008-ci ildən bəri Bayden yuxu apnesi problemindən əziyyət çəkir və çıxışından əvvəlki gecə bu problem baş qaldırdığı üçün oksigen maskası taxaraq yatıb.

Maraqlıdır ki, Baydenin son sağlamlıq hesabatının xülasəsində onun yuxu apnesi problemindən əziyyət çəkdiyi qeyd edilməyib. ABŞ tarixinin ən yaşlı prezidenti olan Baydenin yaşına və səhhətinə görə bu vəzifəyə uyğun olub-olmadığı müzakirə olunur.

methodetimesprodwebbin9cc85e4a-1.jpg (249 KB)

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR