İnsanlara hürriyət, millətlərə istiqlal!

Afrikanın ən zəngin qadını həbs oluna bilər

Anqola Ali Məhkəməsi ölkənin keçmiş prezidenti olan Xose Eduardo dos Santosun qızı İzabel dos Santosun və onun tərəfdaşlarının 1 milyard dollarlıq əmlakının müsadirə edilməsinə qərar verib.
Məlumata görə, İzabel do Santos dövlət kapitalı ilə şirkət qurması və oradakı pulları xarici şirkətlərinəə köçürməsi ittihamı ilə təqsirli bilinir.

Ali Məhkəmə Santosun əmlakının müsadirə edilməsi ilə yanaşı onun və tərəfdaşlarının həbsinə də qərar verib.

Santos daha əvvəl ona qarşı irəli sürülən ittihamları rədd edib və İngiltərənin paytaxtı Londonda yaşadığını və gizlənmədiyini deyib.

Qeyd edək ki, 2019-cu ildə də Anqola məhkəməsi Santosun 1.1 milyard dollarlıq əmlakına da həbs qoyub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR