İnsanlara hürriyət, millətlərə istiqlal!

Afrika ölkəsi timsahları satışa çıxardı

Cənubi Afrika ölkəsi Namibiya 40 timsahı satmağa qərar verib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Namibiyanın Ekologiya və Turizm Nazirliyi vəhşi heyvanların vətəndaşlara hücumunu azaltmaq məqsədilə Zambezi və Kavanqo bölgələrində 40 timsahı satmağa qərar verib.

Son illərdə vəhşi heyvanların sayının artdığını qeyd edən nazirlik, bunun da insanların yaşayış yerlərinin məhdudlaşdırılmasına səbəb olduğunu bildirib.

Qeyd edək ki, Namibiya hökuməti 2019-cu ildən bəri vəhşi heyvanların hücumuna görə vətəndaşlara 2,3 milyon Namibiya dolları (200 000 AZN) təzminat ödəmək məcburiyyətində qalıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR