Onlayn ictimai-siyasi qəzet
AFFA rəhbərliyi yenilik etməyə hazırlaşır.
Bu barədə sportinfo.az-a son dəqiqə məlumatı daxil olub.
Məlumata görə, federasiya Azərbaycanda ilk dəfə U-12 yığmasını təsis etmək niyyətindədir. Bununla bağlı qurum daxilində fikir mübadiləsi aparılıb və ilkin razılıq verilib.
Rəhbərlik U-14-ün formalaşdırılması ideyası üzərində də dayanıb. Bura AFFA-nın təşkil etdiyi U-13 Liqasında özünü yaxşı tərəfdən göstərən futbolçular cəlb olunacaq.
U-14 yığmasının ərsəyə gətirilməsinin məğzində perspektivli uşaq və yeniyetmələrin keçid dövründə gözdən itməsinin qarşısını almaq, onları üst yaş qrupları üzrə milillərə ötürməkdir.
Federasiyanın araşdırmasına görə, məhz bu yaş dövrünə çatanda oyunçuların əksəriyyəti futbolla vidalaşır, nəticədə U-15 və U-16 yığmalarının "seçim hovuz"u məhdudlaşır.
20 Fevral 2025
19 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ