Onlayn ictimai-siyasi qəzet
AFFA İntizam-komitəsi Azərbaycan II Liqasının pley-off mərhələsinin cavab qarşılaşması çərçivəsində keçirilən "Hypers" - "Şəfa" matçında baş verən hadisələrə görə hər iki klubun cəzalarını açıqlayıb.
Oxu.Az xəbər verir ki, oyununun 90+4-cü dəqiqəsində "Hypers" komandasının heyətində Sirac Məmmədli təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün dörd oyun cəzalandırılıb.
"Şəfa" komandasının üzvü Nicat Abbasov da eyni hərəkətə görə cəzaya məruz qalıb. O, qarşılaşmanın 90+5-ci dəqiqəsində birbaşa qırmızı vərəqə aldığı üçün dörd oyun diskvalifikasiya edilib, komandası 300 manat cərimə olunub.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ