İnsanlara hürriyət, millətlərə istiqlal!

Adil Əliyev: "Ermənistan revanşist hisslərdən əl çəkməlidir"

"Ermənistan revanşist hislərdən əl çəkməli və sülh sazişi imzalamalıdır".

Musavat.com xəbər verir ki, bu sözləri Milli Məclisin sədr müavini Adil Əliyev BMT-nin Sivilizasiyalar Alyansının və Məhəmmədiyyə Din Alimləri Liqasının dəstəyi ilə Mərakeş parlamenti və Parlamentlərarası İttifaq tərəfindən “Ortaq gələcəyimiz naminə birgə iş” mövzusunda təşkil edilmiş konfransda çıxışında deyib.

Vitse-spiker çıxışında Ermənistan tərəfindən işğal dövründə törədilmiş vəhşilik, vandalizm və cinayətləri açıq-aydın ortaya qoymasını, bütün yaşayış məntəqələri, infrastruktur, tarixi-dini abidələr dağıdılmasını bidirib.

O, Azərbaycan İkinci Qarabağ Müharibəsində tarixi qələbəsindən sonra Ermənistana BMT-nin 5 prinsipi əsasında Sülh Sazişinin imzalanması ilə bağlı təşəbbüs irəli sürməsini və hazırda sülh danışıqların əsas aparıcı qüvvəsi olaraq çıxış etməsini qeyd edib: "Azərbaycan və Ermənistan arasında ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Sülh Sazişinin imzalanması mümkünlüyü ilə bağlı olaraq tarixi fürsət eldə edilməlidir".

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR