İnsanlara hürriyət, millətlərə istiqlal!

Adil Əliyev bir qrup fəal gənclə görüşüb - FOTOLAR 

Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev dekabrın 18-də Qazax rayonunun bir qrup fəal gənci ilə görüşüb.

Musavat.com xəbər verir ki, qonaqları salamlayan Milli Məclis sədrinin müavini Adil Əliyev bu il Ümummilli Lider Heydər Əliyevin 100 illik yubiley tədbirlərinin keçirildiyini vurğulayaraq Azərbaycanın indiki nailiyyətlərinin təməlində Ulu Öndər Heydər Əliyevin  uzaqgörən siyasətinin dayandığını bildirib.

Vitse-spiker gənclərin diqqətinə çatdırıb ki, Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycanın çətin və mürəkkəb dövrünə təsadüf edib. Məhz Ulu Öndərin müdrik siyasəti sayəsində Azərbaycan müstəqilliyini itirmək təhlükəsindən xilas olaraq qüdrətli dövlət quruluşu və sürətli inkişaf yoluna qədəm qoyub.

Heydər Əliyevin siyasətində həmişə xalqın dəstəyinə arxalandığını qeyd edən  Milli Məclis sədrinin müavini Ulu Öndərin gənclər siyasətinə xüsusi önəm verməsindən, bu istiqamətdə atdığı önəmli addımlarlardan, qəbul etdiyi mühüm qərarlardan bəhs edib.

Adil Əliyev Ümummilli Liderin gənclər siyasətinin formalaşmasında önəmli rolundan bəhs edərək, bu gün bu sahənin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla və zamanın tələblərinə uyğun  inkişaf etdirildiyini vurğulayıb. O, milli-mənəvi dəyərlərimizə bağlı yetişmiş gəncliyimizin İkinci Qarabağ müharibəsində göstərdiyi şücaətdən, ölkəmizin ərazi bütövlüyünün bərpası və suverenliyinin bərqərar edilməsindən söhbət açıb.

Vitse-spiker bildirib ki, gənclərin elmli, təhsilli, layiqli vətəndaş kimi formalaşması çox önəmli məsələdir. Gənclərimizin son illərdə idman sahəsində və beynəlxalq yarışlarda qazandığı uğurlar da göz qarşısındadır. Bu uğurların təməli də dövlətin gənclər siyasəti ilə bağlıdır. Prezident İlham Əliyev  haqlı olaraq vurğulayır ki, gənclərin fiziki tərbiyəsi və sağlamlığı dövlətimizin əsas prioritetlərdəndir.

Qarşıdan gələn Prezident seçkilərinə toxunan sədr müavini, gənclərin bu sahədə rolunun xüsusilə mühüm olmasını qeyd edərək, Azərbaycan xalqının rəhbərlik etdiyi rəşadətli ordu ilə ona tarixi Qələbə bəxş etmiş

Daha sonra görüş gənclərin suallarının cavablandırılması və onları maraqlandıran mövzuların müzakirəsi ilə davam edib.

Sonda Qazax rayonundan olan gənclər onlara yaradılan yüksək şəraitə və görüşə görə Milli Məclisin sədri xanım Sahibə Qafarovaya öz minnətdarlıqlarını bildirdilər. Görüş iştirakçıları ilə Milli Məclisin foyesində Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış qələbəyə həsr olunmuş Zəfər Guşəsi ilə tanış olub və xatirə şəkli çəkdirilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR