Onlayn ictimai-siyasi qəzet
Vyetnamın paytaxtı Hanoyda baş verən doğum günü faciə ilə nəticələnib.
Giang adlı qadının əlindəki hidrogen balonu partlayaraq onun üzündə, əlində və qollarında ikinci dərəcəli yanıq xəsarətləri yaradıb.
Hadisə zamanı Giang bir əli ilə tort tutarkən, digər əlindəki hidrogenlə doldurulmuş şarlar tortdakı şamlarla təmasda olaraq partlayıb. Hadisənin görüntüləri məclisə qatılan şəxslərdən birinin telefon kamerası ilə qeydə alınıb.
Xəstəxanada müalicə alan Giang hadisə ilə bağlı bunları deyib:
"Yaşadığım qorxu səbəbindən hadisənin görüntülərini uzun müddət izləyə bilmədim. Əgər belə bir təhlükənin ola biləcəyini bilsəydim, bu vəziyyətə düşməzdim. Ümid edirəm ki, bu bədbəxt hadisə digərlərinə dərs olar"/Milli.az/
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ