İnsanlara hürriyət, millətlərə istiqlal!

AÇIQLANDI: Azərbaycan bu tarixə qədər antiterror əməliyyatına BAŞLAYACAQ – Elçin Alıoğlu ilə CANLIda

Xəbər verdiyimiz kimi, ötən gün BMT Təhlükəsizlik Şurası Ermənistanın xahişi ilə Laçın-Xankəndi yolunun guya “bağlanmasından” sonra yaranmış “humanitar böhran"ın müzakirəsi üçün təcili iclas keçirib. Ermənistanın BMT Təhlükəsizlik Şurasından növbəti dəfə öz şantaj kampaniyası üçün istifadə etmək cəhdi uğursuzluğa düçar olub.

Məsələ ilə bağlı ehtiyatda olan türkiyəli general Yücel Karauz bildirib ki, Ermənistanın başına daha bir yumruq BMT tərəfindən vuruldu. “Qərbin ərköyün övladı olan Ermənistanın arzuolunmaz davranışları, hüquq və qanunları tapdalaması əsrlərdir ki, davam edir. Haqq və hüquqdan uzaq, müharibədən məğlub çıxan Ermənistana daha bir yumruq gəldi. Ermənistanın yenə də hər dəfə etdiklərini təkrarlayacaq. Regionda xaos yaradacaq, terror əməliyyatları həyata keçirəcəyi də gözləniləndir. Azərbaycan hələ də səbr etməyə davam edir. Qışa qədər erməni silahları Azərbaycanın ərazilərini tərk etməsələr, anti-terror əməliyyatları ilə məhv edilməlidirlər.

General qeyd edib ki, Ermənistan öz siyasətini bu cür davam etdirsə, ikinci "dəmir yumruğ"u görəcək:

“Bir daha təkrar edirəm, əgər bu qış gələnə qədər Ermənistan tərəfi yol xəritəsi təqdim etməsə, Qərb Ermənistanın törətdiyi bu ədalətsiz və qanunsuz fəaliyyətinə son qoymasa, Azərbaycan anti-terror əməliyyatları ilə əli qanlı silahlı dəstələrə son qoymalıdır. Ermənistan nə edirsə, özünə edir.

Bu ölkənin hər addımı atması gözlənilir. Azərbaycanı günahkar çıxarmaq üçün əlindən gələni edir. Bunlar hamısı bildiyimiz, başımıza gələn hadisələrdir. Sevindirici hal burasındadır ki, dünən dünyanın Azərbaycanın haqlı olduğuna inandığını gördük”.

Ermənilər BMT fiaskosundan sonra hansı addımları atacaqlar? Azərbaycan antiterror əməliyyatları üçün səssiz hazırlıqlara başlayıbmı? Paşinyan əleyhinə bu axşam keçiriləcək aksiyanın nəticəsi necə olacaq?

Bu və gündəmdəki bir çox sualları bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində tanınmış jurnalist-ekspert Elçin Alıoğlu ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR