İnsanlara hürriyət, millətlərə istiqlal!

"Açıq mikrofon" aksiyasına abonent axını - FOTOLAR

Şəmkir rayonunda baş tutan "Səyyar qəbul otağı" abonentlərin kütləviliyi ilə digərlərindən fərqlənib. Daha dəqiq desək, aksiyada 50-yə yaxın sakin iştirak edərək öz müraciətini ünvanlayıb.

Bu barədə Musavat.com-a "Azəriqaz" İB-dən məlumat verilib.

"Şəmkir RQİİ-nin rəisi çıxışını bitirər-bitirməz abonentlər problem və təkliflərini mikrofon önündə səsləndiriblər. Müraciətlərə gəlincə isə bunlar qaz xəttinin yerinin dəyişdirilməsi, debitor borcun ödənilməsində köməkliyin göstərilməsi, qaz xəttinin və sayğacın yerinin dəyişdirilməsi, qapı keçidinin genişləndirilməsi və küçə qaz xəttinin çəkilməsi kimi məsələlərlə bağlı olub. Hər bir müraciət araşdırılması üçün qeydiyyata alınıb" - məlumatda bildirilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR