Onlayn ictimai-siyasi qəzet
Xəbər verildiyi kimi, noyabrın 15-də Abxaziyada etirazçılar hökumət binasını ələ keçiriblər.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, hiddətlənmiş insanlar linglərlə binaya daxil olublar kabinetlərin qıfıllarını sındıraraq respublika prezidentinin istefasını tələb etməyə başlayıblar.
Onlar bu aktla Abxaziyanın Rusiya ilə imzalamalı olduğu investisiya sazişi ilə razılaşmadıqlarını bildiriblər.
Ölkə hakimiyyəti bu iğtişaşları dövlət çevrilişinə cəhd adlandırıb. Noyabrın 16-da Abxaziya prezidenti Aslan Bjaniyanın tərəfdarları Tamış kəndində toplaşıblar.
Bu arada bir gün əvvəl hökumət binasında iğtişaşlar törədən müxalifət dəhlizlərdə asayişi bərpa edib. Müxaliflər bir gün əvvəl dağıdıb-tökdükləri hər şeyi yığıb-yığışdırıblar.
Bildiirlir ki, etirazçılar gecəni inzibati binada keçiriblər, səhər erkən onlar üçün administrativ binaya qəhvə maşınları gəlib və hamı səhər yeməyinə oturub.
Bu arada Abxaziya Təhlükəsizlik Şurasının katibi Raul Lolua məlumat verib ki, respublika prezidenti Aslan Bjaniya təhlükəsizlik qüvvələri ilə görüş keçirib və orada etirazlar fonunda regionda təhlükəsizliyin təmin edilməsi məsələləri müzakirə olunub.
İtişaşlardan sonra Abxaziya prezidenti istefa verəcəyini açıqlasa da, sonradan bu fikrindən vaz keçdiyini, hökumətin digər üzvləri kimi fəaliyyətini davam etdirəcəyini bildirib. Hazırda Aslan Bjaniya tərəfdarlarının toplaşdığı doğma Tamış kəndindədir.
Musavat.com
16 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ