Onlayn ictimai-siyasi qəzet
Gürcüstan müxalifəti noyabrın 17-də, bazar günü axşam saatlarında Tiflisdə parlament binası yaxınlığında etiraz aksiyası keçirməyi planlaşdırır.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, müvafiq bəyanatla “Güclü Gürcüstan” koalisiyasının liderlərindən biri Aleko Elisaşvili çıxış edib.
Bu gün səhər saatlarında isə müxalifət və tərəfdarları Tsereteli prospektinə yürüş ediblər. Gürcüstan Daxili İşlər Nazirliyi 3 vətəndaşın saxlandığını bildirir.
Nigar HƏSƏNLİ,
Musavat.com
23 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ