İnsanlara hürriyət, millətlərə istiqlal!

Abxaziya və Cənubi Osetiya sakinləri də zorla səfərbərbərliyə cəlb oluna bilər

Kreml təkcə Rusiya vətəndaşlarını deyil, həm də 2008-ci ildə Gürcüstanın işğal olunmuş ərazilərində qurulan qondarma Abxaziya və Cənubi Osetiya respublikaların sakinlərini Ukrayna ilə müharibəyə səfərbər edə bilər.

Musavat.com xəbər verir ki, bu barədə “Meduza” saytı prezident administrasiyasına yaxın mənbəyə istinadən məlumat yayıb.

Qaynaqların bildirdiyinə görə, Abxaziya və Cənubi Osetiyadan bir neçə min insan məcburi şəkildə hərbi xidmətə çağırıla bilər.

Xatırladaq ki, Rusiya 2008-ci ildə Gürcüstanla müharibədən sonra qeyri-qanuni olaraq adlaır çəkilən qondarma “respublikalar”ın müstəqilliyini rəsmən tanıyıb. Həmin respublikaların idarəçiliyi faktiki olaraq Kremlin əlindədir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR