İnsanlara hürriyət, millətlərə istiqlal!

Abşeronda yanğın olub - VİDEO

FHN Abşeronda yerləşən taxta tikilidə baş verən yanğınla bağlı açıqlama verib.

Nazirlikdən bildirilib ki, “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, Yeni Saray yolu adlanan ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunublar. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 30 kvadratmetr olan konteyner tipli taxta konstruksiyadan ibarət tikili yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə edilib. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR