İnsanlara hürriyət, millətlərə istiqlal!

Abşeron rayonu sakinlərinə ŞAD XƏBƏR - Tezliklə... - VİDEO

Abşeron rayonu ərazisində sahibsiz itlər əhalini təngə gətirib. İş o yerə çatıb ki, Xırdalanda sürü şəklində hərəkət edən itlər hətta orta məktəblərin həyətinə də daxil olurlar.

BAKU.WS-in "qaynar xətti"nə daxil olan görüntülər 2 saylı orta məktəbin həyətindən lentə alınıb. Mənzərə onu deməyə əsas verir ki, məktəblilər hər an küçə itlərinin hücumuna məruz qala bilər.

Mövcud vəziyyətlə bağlı Abşeron rayonu İcra Hakimiyyətinə müraciət etdik və qurumdan əhalinin üzləşdiyi təhlükə ilə bağlı mövqe öyrənməyə çalışdıq.

İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Seymur Qasımov BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, yaranmış problemdən xəbərdardırlar və həlli istiqamətində işlər görülür:

"Sahibsiz heyvanların sayının çox olması bizi də narahat edir. Bu heyvanların fiziki məhvi yolverilməzdir. Buna görə, Abşeron rayonu ərazisində sahibsiz heyvanların yerləşdirilməsi üçün sığınacağın tikilməsi barədə qərar verilib. Layihə hazırdır və sənədləşmə işləri aparılır. Bu işlər başa çatdıqdan sonra sığınacağın tikintisinə başlanılacaq. Bütün sahibsiz heyvanları əhatə edəcək sığınacağın ərazisi elə olacaq ki, Abeşron rayonu üçün kifayət etsin.

O ki qaldı məktəb və digər yerlərdə yaranan təhlükəli hallara, bununla bağlı İcra Hakimiyyəti işlər görür. Azyaşlı və digər şəxslər üçün təhlükəli sayılan ərazilərdən sahibsiz heyvanların uzaqlaşdırılması həyata keçirilir. Əgər hər hansı ərazidə təhlükəli hallar yaranarsa, İcra Hakimiyyətinə müraciət edilsin".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR