İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ zəlzələ qurbanlarına 185 milyon dollar ayırır

ABŞ dövlət katibi Entoni Blinken və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Hatay vilayətindəki dağıntıları yoxlayıblar.

Vaşinqton qaçqınlar və miqrantlar üçün təcili yardım və zəlzələ qurbanlarına humanitar yardım kimi 185 milyon dollar ayıracaq.

Bu barədə Türkiyəyə bu vəzifədə ilk səfərinə gələn və burada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşən ABŞ dövlət katibi Entoni Blinken bildirib. Onlar daha sonra helikopterlə Hatay vilayətində təbii fəlakətin vurduğu ziyana baxış keçiriblər.

"Mən sadəcə olaraq Hatay üzərində uçaraq dağıntıların bir hissəsini görmək fürsətim oldu və bunu sözlə ifadə etmək həqiqətən çətindir. Görürsən ki, hələ də dayanmış, damları uçan binalar və onların yanında tam dağılmış binalar var.

d787cc68-14f6-4fdf-b953-4dad00c16b90.jpg (196 KB)

Blinken NATO-nun genişlənməsi və digər məsələlərlə bağlı danışıqlar aparmaq üçün (Prezident Rəcəb Tayyib Ərdoğan da daxil olmaqla) Türkiyədədir.

Fevralın 6-da Türkiyə və Suriyanın şimalında baş verən əkiz zəlzələdə 47 mindən çox insan həlak olub və bu rəqəm yekun deyil.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR