İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Yunanıstanın şərqində MQ-9 zərbə-kəşfiyyat dronları yerləşdirib

ABŞ Yunanıstanın şərqindəki “Larissa” aviabazasında MQ-9 zərbə-kəşfiyyat dronları yerləşdirib.

AZƏRTAC “Defense news” nəşrinə istinadla xəbər verir ki, strateji nöqtədə yerləşən “Larissa” bazasında yerləşdirilən MQ-9 pilotsuz uçuş aparatları (PUA) NATO-nun şərq və cənub cinahlarına dəstək məqsədi daşıyır. ABŞ Hərbi Hava Qüvvələrinin Avropa və Afrikadakı qərargahının nümayəndəsinin sözlərinə görə, bu, çəkindirici təsir göstərə və Rusiya ilə münaqişənin qarşısını ala bilər.

PUA-ların Yunanıstanda yerləşdirilməsi 1990-cı ildə Vaşinqton və Afina arasında qarşılıqlı müdafiə sahəsində əməkdaşlığa dair imzalanan sazişə edilən düzəlişlər nəticəsində mümkün olub. 2021-ci ildə yenilənən sənəd ABŞ-a Yunanıstandakı “Larissa” və “Stefanovikeyo” bazalarından dəniz patrulu, kəşfiyyat fəaliyyəti, hava daşımaları və yanacaq təchizatı da daxil olmaqla müxtəlif məqsədlər üçün istifadə etmək imkanı verir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Oktyabr 2024

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR