İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ vitse-prezidenti Almaniyada AfD-nin yasaqlanmasını pisləyib

ABŞ-nin vitse-prezidenti Ceyms Vens Almaniyanın “Almaniya üçün Alternativ” (AfD) partiyasını sağçı ekstremist təşkilat kimi tanımaq qərarını tənqid edib və onu ölkədəki ən populyar və təmsilçi qüvvə adlandırıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Vens sosial şəbəkədə AfD-nin Almaniyada ən populyar partiya olduğunu yazıb. “AfD Şərqi Almaniyada ən çox təmsil olunan partiyadır. İndi bürokratlar onu dağıtmağa çalışırlar. Qərb birlikdə Berlin divarını yıxdı. Hazırda o sovetlər və ya ruslar tərəfindən deyil, alman quruluşu tərəfindən bərpa edilir", – Vens X sosial şəbəkəsində yazıb.

Bu yolla o, daha əvvəl Almaniya hakimiyyətinin qərarını tənqid edən ABŞ dövlət katibi Marko Rubio və İlon Maskın mövqeyini dəstəkləyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 May 2025

03 May 2025

BÜTÜN XƏBƏRLƏR