Onlayn ictimai-siyasi qəzet
ABŞ administrasiyası hesab edir ki, digər dövlətlər Venesuelanın müxalifət liderlərindən biri Edmundo Qonzalesi ölkədə keçirilən prezident seçkilərinin qalibi kimi tanımalıdır.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu mövqeyi çərşənbə günü ABŞ dövlət katibinin Qərb yarımkürəsi məsələləri üzrə köməkçisi Brayan Nikols ortaya qoyub.
"Qonsalesə milyonlarla səs verildiyini nəzərə alaraq, hazırkı prezident Nikolas Maduro və onun nümayəndələri Edmundo Qonzalesi iyulun 28-də keçirilmiş prezident seçkilərinin qalibi kimi tanımalıdırlar", - deyə, Brayan Nikols Amerika Dövlətləri Təşkilatının Daimi Şurasının növbədənkənar iclasında danışıb.
“Aydın faktları nəzərə alsaq, bütün dünya hökumətləri də Edmundo Qonzalesin seçkilərdə mütləq qələbə qazandığını qəbul etməlidir”, - deyə ABŞ dövlət katibinin köməkçisi bildirib.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ