İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və Ukrayna Səudiyyə Ərəbistanında tam atəşkəs barədə danışıqlar aparıb

Atəşkəs və Qara dəniz sazişindən əlavə, ABŞ və Ukrayna Səudiyyə Ərəbistanında tam atəşkəs barədə danışıqlar aparıb.

“Report” “BBC News”a istinadən xəbər verir ki, bu barədə Ukrayna nümayəndə heyətinin üzvü Pavlo Palisanın bəyanatında bildirilib.

Ukrayna Prezident Ofisinin rəhbər müavininin sözlərinə görə, Ukrayna nümayəndə heyəti hələ Ciddədə Amerika tərəfi ilə razılaşdırılmış hərtərəfli atəşkəs barədə texniki məsləhətləşmələri davam etdirib.

Eyni zamanda, onun sözlərinə görə, bu danışıqlarda işğal olunmuş Ukrayna ərazilərinin statusu müzakirə olunmayıb: “Ərazi güzəştləri barədə heç bir söhbət olmayıb. Bu, uğrunda mübarizə apardığımız və istənilən şəraitdə mübarizə aparacağımız Ukrayna torpağıdır”.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp demişdi ki, Səudiyyə Ərəbistanındakı nümayəndə heyətləri ərazilər və demarkasiya xətləri barədə danışırlar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Mart 2025

29 Mart 2025

BÜTÜN XƏBƏRLƏR