İnsanlara hürriyət, millətlərə istiqlal!

Latviya Ukraynaya bu silahı göndərdi

Ukrayna Latviya tərəfindən "Patria 6x6" tipli zirehli personal daşıyıcılarının ilk partiyasını və pilotsuz uçuş aparatlarını (PUA) təhvil alıb.

Musavat.com xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıqal şəxsi Telegram kanalında məlumat yayıb.

“Latviyanın müdafiə qabiliyyətimizin gücləndirilməsinə verdiyi töhfəyə, xüsusilə də müdafiə qüvvələrimizə pilotsuz uçuş aparatlarının təhvil verilməsinə və 42 ədəd Patria 6x6 zirehli texnikasının göndərilməsi ilə bağlı son qərara görə təşəkkür etdim. Artıq ilk partiya Ukraynaya çatdırılıb,” – deyə Şmıqal bildirib.

O, Latviya müdafiə naziri Andris Spruds ilə keçirdiyi görüş zamanı Ukrayna üçün birgə pilotsuz aparat istehsalı məsələsini də müzakirə etdiklərini qeyd edib.

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR