İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ərazidə qazlar kəsildi - Nə vaxt bərpa olunacağı məlum deyil

Qəbələ rayonunun Əmili kəndində 285 abonentin qaz təchizatı dayandırılıb.

"Azəriqaz" İstehsalat Birliyindən Musavat.com-a verilən məlumata görə, Zaqatala Regional Qaz İstismarı İdarəsinin Qəbələ xidmət sahəsinin ərazisində Qəbələ rayonu Əmili kəndi ünvanında yol kənarından keçən D-159 mm-lik yerüstü qaz xəttinin üzərindəki qapı keçidinin yer altına salınması məqsədi ilə bu gün saat 10:00-dan işlər yekunlaşanadək Əmili kəndində 285 abonentin qaz təchizatı daxildən dayandırılıb.

İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaqdır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Avqust 2025

02 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR