İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar yekunlaşıb

Ukrayna və ABŞ nümayəndə heyətlərinin Səudiyyə Ərəbistanındakı görüşü başa çatdı – Umerov

Musavat.com-un məlumatına görə, Ukraynanın müdafiə naziri Rustem Umerov bildirib ki, Ukrayna və ABŞ nümayəndə heyətlərinin Səudiyyə Ərəbistanında keçirdiyi görüş məhsuldar və məqsədyönlü olub.

"Müzakirələr səmərəli və konkret istiqamətə yönəlmişdi – biz əsas məsələləri, o cümlədən enerji sahəsini müzakirə etdik. Prezident Volodimir Zelenskinin məqsədi ölkəmiz və xalqımız üçün ədalətli və dayanıqlı sülhü təmin etməkdir ki, bu da nəticədə bütün Avropaya təsir edəcək. Biz bu məqsədin reallığa çevrilməsi üçün çalışırıq”, – deyə Umerov X sosial şəbəkəsində paylaşım edib. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Mart 2025

BÜTÜN XƏBƏRLƏR