Onlayn ictimai-siyasi qəzet
ABŞ və Rusiya nümayəndələri Ər-Riyadda Qara dənizdə gərginliyin azaldılması və atəşkəsin əldə olunması yollarını müzakirə edirlər.
Musavat.com xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, tərəflər arasında “nəzarət xəttinin” qurulması və hərbi mövqelərin dondurulması kimi təkliflər müzakirə olunur. Ağ Evin müşaviri Mayk Uolts bu addımları “sülhü qorumaq və hazırkı vəziyyəti dondurmaq” kimi xarakterizə edib.
Bundan əlavə, gündəlikdə etimad tədbirlərinin gücləndirilməsi, o cümlədən Rusiyaya aparılmış Ukrayna uşaqlarının geri qaytarılması məsələsi də var.
Mənbələrin məlumatına görə, ABŞ nümayəndə heyətinə Milli Təhlükəsizlik Şurasının yüksəkvəzifəli rəsmisi Endryu Pik və Dövlət Departamentinin yüksək rütbəli rəsmisi Maykl Enton rəhbərlik edir. Rusiya tərəfinin mövqeyi isə hələlik açıqlanmayıb.
Musavat.com
26 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ