İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və Rusiya Ər-Riyadda nələri müzakirə edəcəklər?  


ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts sabah Ər-Riyadda keçiriləcək görüşdə ABŞ və Rusiya nümayəndələrinin müzakirə edəcəyi mövzuları açıqlayıb.

Musavat.com xəbər verir ki, o, CBS- News-a əsas müzkairələrin atəşkəsə nəzarət, sülhməramlı qüvvələr və ərazilərlə bağlı olacağını deyib. Uoltsun sözlərinə görə, Səudiyyə Ərəbistanında həmçinin Qara dənizdə hərbi əməliyyatların dayandırılması və ticarət gəmiçiliyinin bərpası məsələsini müzakirə olunacaq.

Qeyd edək ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov martın 24-də Ər-Riyadda Rusiya və ABŞ ekspertləri arasında Ukrayna üzrə məsləhətləşmələr keçiriləcəyini açıqlayıb. Onun sözlərinə görə, məsləhətləşmələrdə Rusiya nümayəndə heyətinə senator Qriqori Karasin və FSB direktorunun müşaviri Sergey Beseda başçılıq edəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Mart 2025

BÜTÜN XƏBƏRLƏR