İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Ukraynaya 100 milyon dəyərində əlavə "Javelin" raketləri göndərəcək

ABŞ Ukraynaya 100 milyon dollar dəyərində əlavə “Javelin” raketləri göndərəcək.

APA-nın BBC-yə istinadən xəbərinə görə, bu ABŞ-ın Ukraynaya ötən ilin avqustundan etibarən sayca 6-cı hərbi ləvazimat yardımı olacaq.

ABŞ Dövlət Departamentinin məlumatına görə, “Javelin”lərin yeni partiyasının göndərilməsi ilə fevralın 24-də Rusiyanın hücuma keçməsindən sonra ABŞ-ın Ukraynaya göndərdiyi hərbi vasitələrin ümumi dəyəri 1,7 milyard dollara çatacaq.

Pentaqonun mətbuat katibi Con Körbi bildirib ki, yeni ayrılmış maliyyə yardımı Ukraynanın əlavə “Javelin” zirehli vasitələr əleyhinə raketlərinə təcili ehtiyacının qarşılanmasına yönəldiləcək və onlar bu silah növündən ölkələrinin müdafiəsi üçün aktiv şəkildə istifadə edirlər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR